"Bu günkü parlament seçkisinin göstəricisi ATƏT-in Müşahidəçi Missiyasının hesabatı olacaq"
Bu günkü parlament seçkisinin göstəricisi ATƏT-in Müşahidəçi Missiyasının hesabatı olacaq, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Philip Barclay səfirliyin rəsmi Facebook səhifəsində yerləşdirilmiş video müraciətində deyib.
“Böyük Britaniya səfirliyinin komandası parlament seçkisi günü rəsmi müşahidəçi olaraq bir sıra seçki məntəqələrinə baş çəkir. Seçkilər azad və uğurlu bir ölkə üçün həyati əhəmiyyət daşıyır. Bütün seçkilər şəffaf, əhatəli olmalı və namizədlərin yarışında bərabər imkanlar təklif edilməlidir,”- səfirliyin rəsmi Facebook səhifəsində qeyd edilib.
“Bu gün gördüklərimizi şərh etmək niyyətində deyilik, çünki bu seçkilərin ən mühüm və ciddi təhlili ATƏT Missiyasının hesabatı olacaqdır", - Philip Barclay bildirib.

Şəklin mənbəyi, British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi















