Mamontların klonlaşdırılmasını öyrənmək üçün laboratoriya yaradılır

Dünyanın ən yaxşı saxlanılan yunlu mamontlarından biri, Sibirin daimi buzlaq ərazisində tapılıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Dünyanın ən yaxşı saxlanılan yunlu mamontlarından biri, Sibirin daimi buzlaq ərazisində tapılıb.
Çap edildi

Dünyanın ən yaxşı saxlanılan yunlu mamontlarından biri, 39,000 yaşlı Yuka 2010-cu ildə Sibirin daimi buzlaq ərazisində tapılıb.

Rusiya Sibirdə nəsli kəsilmiş heyvanların klonunu yaratmaq məqsədi ilə onların DNT-sinin öyrənilməsinə həsr olunacaq laboratoriya açıb, xəbərdə deyilir.

Dünyanın ən soyuq şəhəri kimi tanınan Yakutskda yeni açılmış laboratoriya "klonlama üçün canlı hüceyrələr axtaracaq", Semyon Qriqoryev, şəhərin Şimal-Şərqi Federal Universitetinin nəzdindəki Mamont Muzeyinin direktoru deyir.

O, Oqonyok jurnalına bildirib ki, “əsas qarşıda dürən məsələ mamontu yenidən yer üzünə qaytarmaqdır,” və əlavə edib ki, ilk dəfə iti klonlaşdırmış Pekinin Genomika İnstitutu və Cənubi Koreyanın Sooam Biotech şirkəti bu elmi-araşdırma işlərinə cəlb olunacaq.

Bu ilin əvvəlində, Harvard Universitetinin tədqiqatçıları elan etmişdilər ki, onlar 14 yunlu mamontun genlərini Asiya filinin genlərinə yerləşdirə biliblər. Yakutskdakı bu yeni obyektdə çalışan alimlər ümid edir ki, onların malik olduğu, içərisində ibtidai itlər və atlardan mamontlara qədər, 2,000 misilsiz qədim tarixi heyvan qalıqları kolleksiyası keyfiyyətli hüceyrə toxumalarını müəyyən etməyə və bunlardan da faydalı DNT çıxarmağa kömək edəcək.

Bu xəbər Rusiya sosial mediasında rezonans yaradıb və araşdırmaların həqiqi mamont hibridinin dünyaya gəlməsinə gətirib çıxaracağı kimi şaiyələr yayılıb. Lakin digərləri belə hesab edir ki, bu araşdırmalarda neçə min illər bundan qabaq nəsli kəsilmiş növlərin həyata qaytarılmasından daha çox, indi kökü kəsilməkdə olan heyvan növlərini xilas etməyə üstünlük veriləcək.

Materialları BBC Monitoring xidməti hazırlayıb.