You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Britaniyada karantin yumşaldılıb: kafe, muzey və ibadət yerləri açılıb
Şənbə günündən etibarən, İngiltərədə karantin məhdudiyyətləri əhəmiyyətli şəkildə yumşaldılıb, restoran, pab və kafelər açılıb.
Bəzi pablarda müştərilərdən xüsusi əlaqə formalarını doldurmağı xahiş edirlər ki, infeksiya aşkar edilərsə, xəstələrin təmaslarını izləmək mümkün olsun, jurnalistlər xəbər verir.
Şimali İrlandiyada pab, restoran və kafelər ötən gündən açılıb. Şotlandiyada iaşə obyektləri açıq havada iyulun 6-dan xidmət edə biləcək, qapalı məkanlar isə 15 iyuldan etibarən açılmalıdır. Uelsdə bu məsələ müzakirə olunur və yekun qərar hələ ki, qəbul edilməyib.
Şənbə günü gözəllik salonları, kitabxana, kinoteatr, muzey və qalereyalar da yenidən fəaliyyətə başlayıb.
İyulun 4-dən kilsə və ibadət evlərinin işi də bərpa olunub.
Burada 30 nəfərdən çox olmamaq şərtiylə xüsusi mərasimlərin keçirilməsinə icazə verilir.