Facebook "Hitlerə reklam imkanı verərdi", aktyor Sasha Baron Cohen

Çap edildi

Britaniyalı yumorist Sacha Baron Cohen deyib ki, əgər Facebook 1930-cu illərdə mövcud olsaydı, Hitlerə antisemit inanclarını yayamaqda şərait yaradardı.

Azərbaycanda daha çox Borat və Diktator filmləri ilə tanınan aktyor New York-da çıxışı zamanı Facebook-u tənqid edib.

O həmçinin "milyardlarla insana cəfəngiyyat" təqdim etdiyinə görə Google, Twitter və YouTube platformalarını da pisləyib.

Son vaxtlar nəhəng sosial media və internet şirkətləri siyasi kampaniyalar ətrafında dezinformasiyanın yayılmasına əngəl olmamaqla bağlı təzyiqlərlə üzləşiblər.

Oktyabrın sonlarında Twitter bəyan edib ki, şirkət 22 noyabrdan sonra bütün dünya boyu siyasi reklamlara qadağa qoyacaq.

Bu həftənin əvvəli isə Google siyasi reklamçıların "mikrotarqetinq"dən istifadə edərək seçicilərə təsir etməsinə mane olacağını bildirib.

Təhlilçilərin bildirdiyinə görə, Facebook da bu istiqamətdə addımlar atmaqla bağlı artan təzyiqlərlə üzləşib.

Şirkər bildirib ki, Baron Cohen-in çıxışı təhrifedicidir və Facebook nifrət yayan bütün çıxşlara qadağa qoyub.