You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Feminist dizaynerdən kişilərə" düzgün oturuş öyrədəcək" stul
İngiltərədə feminist bir dizayner kişilərin ictimai yerlərdə "yayılaraq" oturmasına mane olan stul dizaynına görə mükafat alıb.
Brighton Universitetinin dizany fakültəsinin tələbəsi Laila Laurelin "İnstagram"da paylaşdığı stul şəklini bəzi istifadəçilər "qadınların tez-tez məruz qaldıqları bir cinsiyyətçilik formasına eyham" olaraq bəyənsələr də, dizayn bəzi kişilərin xoşuna gəlməyib.
Laurelin "kişi stulu" dizaynı üçbucaq şəklindədir və dizləri birləşdirməyə məcbur edir. Eyni dizaynın qadınlar üçün olan variantı da var - stula əlavə edilmiş bir hissə dizləri birləşdirmyə mane olur və qadınları "yayılaraq" oturmağa məcbur edir.
Laila Laurel universiteti bitirmə tapşırığına "Kişilərin yayılmaq probleminə çarə" adını verib: "Layihəmi çox da ciddiyə almaq lazım deyil. Bu, qadınların gündəlik həyatda qarşılaşdıqları bir problemə əyləncəli, eyni zamanda real yanaşmadır".
"Dördüncü dalğa feminizmi"
"İndependent" xəbər saytına müsahibəsində Laurel deyib ki, "dördüncü dalğa feminizmi konsepsiyasına uyğun" olan bu stulu qadınların internetdə məruz qaldıqları cinsiyyətcillik nümunələrini paylaşan feminist yazıçı Laura Batesin "Everyday Sexism Project" ("Gündəlik cinsiyyətçilik layihəsi") kampaniyasından təsirlənərək dizayn edib.
Laurens dizaynına görə lüks otellər şəbəkəsi "Belmond"un qabiliyyət mükafatına layiq görülüb.
Bu mükafata dizayn aləmində böyük hörmətlə yanaşırlar.
Mükafat Komitəsinin açıqlamasında bildirilib ki, "Laurelin cəsur və konkret bir məqsədə hesablanmış dizaynı insan davranışları və günümüzün sosial məsələlərində dizaynın roluna təftişçi baxışı təmsil edir".
"Olmayan problemə çarə"
Sosial mediada bir çox kişi Laurelin dizaynını "boşuna çəkilən zəhmət" kimi qiymətləndirib.
"İnstagram" istifadəçilərindən biri "Olmayan problemi həll etdiyiniz üçün sizi təbrik edirəm" yazıb.
2017-ci ildə Madriddə qatar və avtobuslarda kişilərin ayaqlarını geniş açmaqla yanlarında oturanlara mane olmasını tərgitmələri üçün vizual xəbərdarlıqlar qoyulmuşdu.
Madrid bələdiyyəsi bu məsələdə 2014-cü ildə New-York metrosunda başladılan bir kampaniyadan nümunə götürmüşdü.
New-York polisinin də yardım etdiyi həmin kampaniya zamanı xəbərdarlığa əməl etməyib dizlərini açaraq oturan kişi sərnişinlər həbs edilmişdi.