Misirli xəttatdan 700 metr uzunluğunda Quran

Şəklin mənbəyi, Reuters
Misirli xəttat Saad Məhəmməd 700 metr uzunluğunda bir Quran yazdığını və bunun dünyada ən böyük Quran əl yazması olduğunu söyləyib.
Saad Məhəmməd 3 il ərzində yazdığı Quranla Guinness-in Rerkordlar Kitabına düşməyə ümid edir.
Lakin Məhəmməd kitaba düşmək üçün lazım olan müraciəti etməsi üçün pulu olmadığını söyləyərək yardım gözlədiyini deyib.

Şəklin mənbəyi, Reuters
Saad Məhəmməd Misirin paytaxtı Qahirənin şimalındakı Belkina qəsəbəsində yaşayır.
İslami motivlərlə bəzədiyi Quranı yazmaq üçün kimsədən pul almadığını söyləyir.
Taxta bir qurğuya yerləşdirilən Quranın yazıldığı kağızın uzunluğu New York-un rəmzi olan göydələnlərdən 381 metr yüksəklikdə olan Empire State Building-dən hardasa iki dəfə artıqdır.

Şəklin mənbəyi, Reuters
Rekord qıran digər Quranlar
Guinness Rekordlar Kitabına görə, dünyanın ən qədim Quranı Özbəkistandadır. 655 ilində yazılan və Xəlifə Osmana aid olan Quranın bu günlərə 705 səhifəsi gəlib çatıb.
2012-ci ildə Əfqanıstanda 218 səhifəlik bir Quran "Dünyanın ən böyük əl yazması Quranı" olaraq tanıdılmışdı.
2,2 -1,5 metr ölçülərindəki 500 kilo çəkisi olan Quran 21 keçinin dərisindən istifadə olunmaqla Türkiyədə cildlənmişdi.
500 milyon dollara başa gələn 500 kiloluq Quran üçün Guinness-in Rekordlar Kitabına müraciət edilmədiyi bildirlir.
Dünyanın ən kiçik Quranı isə Birləşmiş Ərəb Əmirliklərindədir. 5.1-8 santimetr ölçülərə sahib olan bu Quran 550 səhifədən ibarətdir.
























