8 yaşlı qız Quranı əzbər öyrənib

Çap edildi

Britaniyanın Luton şəhərinin 8 yaşlı sakini, Maariya adlı qız Quranı əzbər öyrəndikdən sonra məşhurlaşıb.

Maariyanın anası Aslam Şəbnəmin sözlərinə görə, 4 il bundan əvvəl onun qızı Suriya qaçqınlarına xeyriyyə yolu ilə pul toplamaq üçün Quran surəsini əzbər öyrənib.

İndi isə Maariyanı Quran surələrini oxumaq üçün toylara və xeyriyyə məqsədilə təşkil edilən tədbirlərə dəvət edirlər.