"Nərgiz" mükafatının builki qalibi Ukraynadakı azərbaycanlı oldu

Şəklin mənbəyi, Əminə Məmmədova
Videoya keçid üçün Youtube-a daxil olun.
Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafat bu il Ukraynada yaşayan azərbaycanlı jurnalist Ayxan Hacıbəyliyə verilib.
Müsavat partiyasının üzvü Nərgiz Yaqublu bir neçə il əvvəl xəstəlikdən vəfat edib.
Münsiflər heyətinin üzvləri deyiblər ki, mükafat Ayxan Hacıbəyliyə Ukraynada müharibədən zərər çəkən azərbaycanlılarla işlədiyinə görə verilib.
Münsiflər heyətinin üzvü Anar Məmmədli bildirib ki, Ayxan Hacıbəylinin Ukraynadakı fəaliyyətini Azərbaycan demokratiyası naminə atılan addım kimi qiymətləndiriblər.
Ayxan Hacıbəyli isə aldığı mükafatı gözlənilməz hesab edib.
Ötən ilin fevralından bəri Rusiyanın Ukraynada apardığı müharibədə ölən və yaralananlar, o cümlədən ölkədən qaçqın düşənlər arasında azərbaycanlılar da var.
Nərgiz mükafatı 2015-ci ildən bəri hər il Azərbaycanın demokratikləşməsi naminə mübarizə aparan şəxslərə verilir.


























