Zaqatalada meşələr yanır, kül kəndin ərazisinə tökülür

Şəklin mənbəyi, Getty/Aziz Karimov
- Müəllif, Fərid Həsənov
- Vəzifə, BBC News Azərbaycanca
- Çap edildi
- Oxuma vaxtı: 1 dəq
Zaqatala rayonunun Yuxarı Tala kəndi ətrafındakı meşə ərazisində yanğın bu gün davam edib. Kəndin sakini Tahirə Əhmədova BBC News Azərbaycancaya bildirib ki, yanğın ərazisi kənddən təxminən 200-300 metr aralıdadır.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa burada izləyin : Zaqatalada meşələr yanır
"Biz dağın ətəyində yaşayırıq, yanğın dağın başındadır. Kəndin bütün adamları ordadılar ki, kənd tərəfə yanğın keçməsin, oranı mühafizə edirlər", - o deyir.
Tahirə Əhmədovanın sözlərinə görə, kənd yanğın olan dağın ətəyində yerləşdiyindən kül kəndin ərazisinə tökülür, lakin kəndə "heç bir zərər dəyməyib və hər hansı yanğın qeydə alınmayıb".
O, əlavə edib ki, yanğınsöndürənlərlə birgə kənd sakinləri yanğının kəndə çatmasının qarşısını alsa da, yanğın Yuxarı Çardaqlar kəndi istiqamətində yayılmağa başlayıb.
BBC News Azərbaycancaya danışan rayonun Yuxarı Çardaqlar, Qırğıllı və Meşleş kənd sakinləri isə deyirlər ki, meşə ərazisində yanğınlar təxminən 1 həftədir başlayıb.
Onların sözlərinə görə, yanğın hazırda həmin kəndlərə təhlükə yaratmır, lakin yanğının yayılması sakinlərə ciddi zərər vura bilər.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın sahəsinin mürəkkəb dağlıq ərazidə baş verməsi, eləcə də "havaların isti və küləkli olması yanğını söndürməyi çətinləşdirir".
Bununla belə nazirlik, yanğın ərazisinə 2 ədəd helikopter və canlı qüvvənin cəlb edildiyini bildirib.
Yanğının nə qədər sahəni əhatə etməsi və əhaliyə dəyən zərərlə bağlı FHN-dən və qurumun regional nümayəndəliyindən məlumat almaq mümkün olmayıb.

























