Azərbaycanlılar və ermənilər İkinci Qarabağ müharibəsini anır – şəkillərdə

Azərbaycanda və Ermənistanda İkinci Qarabağ müharibəsi anılıb
Çap edildi

Azərbaycan və Ermənistan ötən il sentyabrın 27-də aralarında başlamış İkinci Qarabağ müharibəsinin birinci ildönümünü qeyd edir.

Bakıda

İkinci Qarabağ müharibəsində Azərbaycan 2907 hərbçisini, 100-ə yaxın dinc sakinini itirib. 7 hərbçi itkin sayılır.

Bakı

Şəklin mənbəyi, Azertag

Azərbaycanın paytaxtı Bakı şəhərində hərbi yürüş keçirilib.

Yürüşdə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.

Onlar əllərində müharibədə həlak olan hərbçi və dinc sakinlərin fotolarını tutublar.

Azərbaycan

Şəklin mənbəyi, Azertag

Yürüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Bakı

Şəklin mənbəyi, APA.AZ

Bakı buxtasında hərbi gəmilərdən yaylım atəşi açılıb.

Azərbaycan

Şəklin mənbəyi, APA.AZ

Anım Günündə Azərbaycandakı məscid, kilsə və sinaqoqlarda müharibədə həlak olanların xatirəsinə dualar oxunub.

Azərbaycan

Şəklin mənbəyi, Azertag

Azərbaycan

Şəklin mənbəyi, Azertag

Azərbaycan

Şəklin mənbəyi, Azertag

Azərbaycan

Şəklin mənbəyi, Azertag

Azərbaycan

Şəklin mənbəyi, Azertag

Xankəndi

Azərbaycanda, erməni əhalisinin yaşadığı və rus sülhməramlıların nəzarət etdiyi Qarabağ bölgəsində müharibənin başlamasının biri ili belə yad edilib.

Xankəndidə (Stepanakert) sentyabrın 26-sı axşamı 2-ci Qarabağ müharibəsinin birinci ildönümünə həsr olunmuş "Artsax yaşayır" (Ermənilər Qarabağı Artsax adlandırır -red) adlı məşəllərlə yürüş keçirilib.

Xankəndi

Yürüş müharibədə həlak olanların xatirəsinə ibadətdən sonra müqəddəs Hakob kilsəsinin önündən başlayıb.

Yürüş iştirakçıları Memorialda dəfn edilmiş döyüşçülərin məzarına gül-çiçək qoyub.

Xankəndi
Xankəndi

Yerevan

Ermənistanın paytaxtı Yerevanda hökumətin üzvləri, o cümlədən Baş nazir Nikol Paşinyan Qarabağ müharibəsində həlak olanların məzarını ziyarət ediblər.

Yrevan
Yerevan

Ermənistan İkinci Qarabağ Müharibəsində 3700-dən çox hərbçisini itirib. 200 hərbçi itkin sayılır.