You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bacısı şəhidin adına sənəd saxtalaşdırıldığını deyir: "Şəhidin anasını, atasını düşünmədilərmi?"
Video açılmırsa, YouTube-dan izləyin.
Roza Əkbərova 1994-cü ildə Qarabağda həlak olmuş qardaşının adından istifadə edilməsi və sənəd saxtalaşdırlmasından şikayətçidir. O, və ailəsi Ağdamı tərk edəndə onun qardaşı Bəylər Əkbərov, onun sözlərinə görə, uzun müddətli hərbi xidmətə yazılır və bir müddət Qarabağda qalır.
Roza Əkbərova deyir ki, qardaşı həlak olmamışdan bir neçə ay əvvəl Bakıda qeydiyyata düşmək üçün saxta nikaha girib və 3 ay sonra boşanma ərizəsi verib. Lakin onun ölümü səbəbilə boşanma gerçəkləşməyib.
Roza Əkbərova deyir ki, 2019-cu ilə qədər qardaşının nikaha girdiyi qadının 1996-cı ildə dünyaya gətirdiyi uşağın sənədinə 7 il sonra ata adı olaraq Bəylər Əkbərovun adını yazdırdığını bilməyiblər. Onun bizə göstərdiyi sənədə əsasən doğum evindən alınan arayışda uşağın atası kimi başqa ad göstərilib.
O, bu hadisənin Binəqədi rayon qeydiyyat şöbəsində baş verdiyini deyir.
Roza Əkbərova bir neçə ay ərzində dövlət qurumlarına çox saylı müraciətlərindən sonra Ədliyyə nazirliyinin köməyi ilə uşağı qardaşının adından çıxara bilib. Dövlət qurumunda ona deyilib ki, yalnışlıq olub.
Roza Əkbərova iddia edir ki, qardaşına görə dövlətin verdiyi birdəfəlik pulu onun 1994-cü ildə evləndiyi Vəfa Musayeva alıb.
Lakin bizə danışan Vəfə Musayeva bütün bu iddiaları rədd edir.
O, nikahın saxta olduğunu desə də, şəhid adından istifadə etmədiyini bildirir.
O qeyd edir ki, övladının atası kimi Bəylər Əkbərovun adının yazılmasını qeydiyyat şöbəsində çalışan işçi edib və onun sözlərinə görə həmin işçi ölüb. Vəsa Musayeva artıq oğluna yeni vəsiqə alındığını deyir.
Binəqədi rayon qeydiyyat şöbəsi məsələyə şərh verməyib, sualların Ədliyyə Nazirliyi tərəfindən cavablandırılmalı olduğunu bildirib.
BBC News Azərbaycanca Ədliyyə Nazirliyindən məsələ ilə bağlı şərh ala bilməyib.