Bakıda iki sərnişin avtobusu toqquşub, İran koronavirusdan ölənlərin həqiqi sayını gizlədib? ABŞ-da yanğınlar əhalinin evakuasiyasına səbəb olub

bu gün Bakıda iki avtobus toqquşub
Şəklin alt yazısı, Foto: Arxiv
Çap edildi

Bazar ertəsi günü səhər saatlarında Bakıda iki sərnişin avtobusu toqquşub, İran koronavirusdan ölənlərin həqiqi sayını gizlədib? Californiyada yanğınlar əhalinin evakuasiyasına səbəb olub - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Bakıda iki sərnişin avtobusu toqquşub

Bazar ertəsi günü səhər saatlarında Bakıda iki sərnişin avtobusu toqquşub, Baş Dövlət Yol Polisindən (BDYP) BBC News Azərbaycancaya bildiriblər.

BDYP-nin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BBC News Azərbaycancaya "hazırda konkret nəsə deyə bilməyəcəyini" bildirib.

"Hadisə yerinə gedirəm. Qoyun ətraflı öyrənim, hadisə yeri ilə tanış olum, sizə məlumat verəcəm", - cənab Əsədov deyib.

Yerli media yazır ki, "avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib".

İran koronavirusdan ölənlərin həqiqi sayını gizlədib?

bu gün İran Azərbaycan koronavirus avtobus qəzası sərnişin avtobusu toqquşması

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İran Yaxın Şərqdə koronavirusun ən şiddətli vurduğu ölkə olub.

İranda koronavirusdan ölənlərin sayı İran hökumətinin iddia etdiyindən təqribən üç dəfə çoxdur.

Hökümətin öz qeydlərində Səhiyyə Nazirliyinin 14405 rəqəminə qarşı, 20 iyul tarixinə qədər Covid-19 simptomları ilə 42 min insanın öldüyü göstərilir.

Virusa yoluxduğu məlum olanların sayı da demək olar ki, rəsmi rəqəmlərin iki qatıdır: 278,827 nəfər yox, 451.024 nəfər

İran Çindən sonra ən çox zərər çəkən ölkələrdən biri olub.

Son həftələrdə bu ölkədə yoluxma və ölüm hallarının sayında ikinci bir artım yaşanıb.

İranda Covid-19-dan ilk ölüm BBC-yə verilən siyahılara və tibbi sənədlərə görə 22 yanvar tarixində qeydə alınıb. Bu, koronavirusa ilk yoluxmanın rəsmən elan edilməsindən təxminən bir ay əvvəl olub.

Məlumatlar nəyi göstərir?

Paytaxt Tehran Covid-19 və ya buna bənzər simptomlarla ölən 8,120 nəfərlə ən çox ölümlərin olduğu yerdir.

İranda virusun ilkin episentri olan Qom şəhərində 1419 nəfər ölüb - bu, hər 1000 nəfərə Covid-19-a yoluxmuş bir nəfərin ölümü deməkdir.

Bildirilir ki, ölkə daxilində ölmüş 1 916 nəfər İran vətəndaşı olmayıb. Bu, əsasən qonşu Əfqanıstandan olan miqrantlar və qaçqınlar arasında qeyri-mütənasib ölümlərin olduğunu göstərib.

Sızdırılan məlumatlardakı halların və ölümlərin hesabatları rəsmi hesabatlara bənzəyir, bircə rəqəmlər fərqlidir.

ABŞ-da yanğınlar əhalinin evakuasiyasına səbəb olub

bu gün İran Azərbaycan koronavirus avtobus qəzası sərnişin avtobusu toqquşması ABŞ Kaliforniyada meşə yanğınları

Şəklin mənbəyi, EPA

Californiyadakı yanğınsöndürmə qrupları minlərlə insanı Los-Ancelesin şərqindəki evlərindən zorla çıxaran kütləvi yanğınla mübarizə aparır.

Helikopterlər və su tökən təyyarələr tərəfindən dəstəklənən 1300-dən çox yanğınsöndürən cümə günü başlayan alovla mübarizə aparır.

Yanğının əsasən dik, dağlıq ərazidə olduğundan texnikanın ərazidə işləməsinə maneə yaradır bu isə yanğınsöndürənlərin işini çətinləşdirir.

Təxminən 7,800 sakinə ərazini boşaltmaq xəbərdarlığı edilib.

Görüntülərdə dağlıq bölgədən ucalan tüstü müşahidə olunur. Bir tvitdə Milli Hava Xidməti tüstünün Arizona ştatının Finiks şəhərinə - təxminən 300 mil (482 km) uzaqlıqda yayıldığını bildirib.

"Yanğın indiyədək 20.516 akr (8,302 hektar) əraziyə yayılıb", Milli San Bernadino Meşəsi Bazar günü bir tvitində bildirib.