Koronavirus: ABŞ gün ərzində 2 mindən çox insanın öldüyü ilk ölkə oldu

səyyar morqlar

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, New York şəhərinin küçələrində səyyar morqlar yerləşdirilir
Çap edildi

ABŞ-da son 24 saat ərzində 2 min 108 nəfər koronavirus nəticəsində ölüb, Johns Hopkins Universiteti bildirir.

ABŞ koronavirusla bağlı bir gün ərzində 2000-dən çox ölüm hadisəsini qeydə alan ilk ölkə oldu.

Ölümlərin ümumi sayı 19 minə yaxınlaşır.

Onların təqribən yarısı New York şəhərində qeydə alınıb.

Bundan əvvəl New York şəhərində kütləvi məzarlıqlar salındığını göstərən videolar yayılıb.

ABŞ boyunca təsdiqlənmiş infeksiya hadisələrinin sayı yarım milyonu keçib.

Lakin mütəxəssislər infeksiyanın yayılmasının sabitləşəcəyinə dəlalət edən əlamətlərin nəzərə çarpdığını bildirirlər.

Cümə günü New York-un qubernatoru Andrew Cuomo, ümidverici əlamətlərin olduğunu desə də, "sosial məsafə" saxlamaqdan imtina etməyin erkən olduğunu vurğulayıb.

koronavirus