You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Kirayəyə veriləcək mənzillərin siyahısı açıqlanıb
Yaşayış sahələrini satmaq öhdəliyi və kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna yanvarın 22-də başlanılır, İpoteka və Kredit Zəmanət Fondu bildirir.
İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayəyə götürən şəxs onun haqqını aybaay ödəməklə sonda əmlaka mülkiyyət hüququnu əldə edir.
Nəzərdə tutulur ki, kirayə ilə mənzilə sahib olmaq haqqını təmin edən mexanizm ilk növbədə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən şəxslərin öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.
Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Müqavilə bağlandıqdan ən azı 3 il sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir.
İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı və sahəsi ilə fondun saytında tanış olmaq mümkündür.
Burada həmçinin kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması və rəsmiləşdirilməsi barədə məlumat mövcuddur.
Mənizllər Bakı, Abşeron və Sımqayıtda yerləşir. Elektron müraciətlər "Elektron Hökumət Portalı" saytı üzərindən aparılacaq.
Müraciətlərin qəbulu Elektron ipoteka və kredit zəmanət sistemi" (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.
Kirayə mənzilin sosial evlər və güzəştli ipoteka kreditindən fərqi nədir?
Kirayəyə mənzil götürərkən, bir illik kirayə haqqı əvvəlcədən ödənməlidir.
Güzəştli ipoteka kreditində isə əmlakın dəyərinin müəyyən faizi əvvəlcədən ödənməlidir.
Digər bir fərq isə kirayə müqaviləsi bağlandıqdan sonra evin alış qiymətinin tam ödənişinin 3 ildən tez həyata keçirilməsinin mümkünsüzlüyüdür.
Həmçinin oxuyun: