You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda fənn olimpiadalarının birinci turu başlayır
Yanvarın 12-də, bazar günü, Azərbaycan boyunca fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.
Fənn Olimpiadaları ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən bilik yarışıdır.
Olimpiadalar 3 mərhələdən ibarətdir.
Bazar günü rayon (şəhər) mərhələsi keçirilir. Bundan sonra respublika mərhələsinin yarımfinal və final turu təşkil olunmalıdır.
Azərtac agentliyinə əsasən, ilkin mərhələdə təxminən 35 min 9-11-ci sinif şagirdlərinin iştirakı nəzərdə tutulur.
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu mart ayında, final isə aprel ayında keçirilməlidir, təşkilatçılar bildirir.
Bilik yarışması Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilir.
Həmçinin oxuyun: