Bakı: 18 mərtəbəli binada baş vermiş yanğında xəsarət alanlar var

Çap edildi

Cümə günü gecəsi Bakının Xətai rayonunda 18 mərtəbəli hündürmərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş şəxslər evə buraxılıb, Respublika Toksikologiya Mərkəzindən verilən məlumatda belə deyilir.

Toksikologiya Mərkəzindən BBC News Azərbaycancaya deyiblər ki, "xəsarət almış şəxslər iki ailənin üzvləri" olub.

"Cümə günü gecəsi Bakının Xətai rayonunda 18 mərtəbəli binanın damında baş vermiş yanğın nəticəsində 11 nəfər xəsarət almış, onlardan 5-i uşaqlar olub", Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya bildirib.

"Xəsarət almış 11 nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib", qurumdan bildirilib.

Çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının səbəbləri araşdırılır.