You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Moskvada rus general partladılıb - şübhəli Ukraynadır
Rusiya generalı Yaroslav Moskalik Moskvada avtomobilin partlaması nəticəsində ölüb.
Təhlükəsizlik xidmətləri deyir ki, Moskvada, Balaşixada partlayışa səbəb bomba olub.
Generalın ukraynalılar tərəfindən hədəfə alındığı güman edilir.
O, Rusiyanın Ukraynada müharibəsi başladıqdan bəri həyatını itirmiş ən yüksək hərbi zabitlərindən biridir.
Moskalik yüksək peşə qabiliyyəti ilə seçilən zabitlərdən biri kimi xarakterizə edilir.
Putin 2021-ci ildə ona general-leytant rütbəsini vermişdi.
O, 2015-ci ildə Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş 4 şəxsdən biri idi.
Partlayışın baş verdiyi gündə Prezident Trump-ın xüsusi elçisi Steve Witkoff Prezident Putinlə danışmaq üçün Moskvadadır.
Videoya YouTube kanalımızda baxın.