Azərbaycan AŞPA-nın Qarabağla bağlı qətnamə və çağrışlarını "rədd edib və qınayıb”

Avropa parlamenti Qarabağla bağlı qətnamə qəbul edib

Şəklin mənbəyi, GETTY IMAGES

Çap edildi

Videonu Youtube kanalımızdan izləyin.

Şənbə günü Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iki gün əvvəl Avropa Şurası Parlament Assambleyasının Qarabağla bağlı "qətnaməsini və tövsiyəsini rədd etdiyini və şiddətlə qınadığını" bildirib.

“Bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir”, - Azərbaycan XİN bildirib.

Cümə Axşamı günü Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib. O, Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırıb.

Qətnamədə deyilir ki, Azərbaycan Qarabağın erməni əhalisini geri qayıtmaları üçün həvəsləndirməlidir.

Azərbaycan XİN hesab edir ki, "bu sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə ziddir və Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir".

AŞPA Azərbaycandan “Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu regiondan olan ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün artıq görülmüş və nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməyi” xahiş edib.

Azərbaycan Qarabağ ermənilərinə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədi verib.

“BMT-nin regiona həyata keçirilən iki missiyası və Ermənistandakı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən müsbət qiymətləndirildiyi və Azərbaycanın hər hansı zorakılıq tətbiq etmədiyi təsdiqləndiyi kimi, Azərbaycanın humanitar hüquqa hörmətinə və erməni əsilli yerli mülki sakinlərin insan hüquqlarının pozulmasının qarşısını almaq üçün ölkəmiz tərəfindən həyata keçirilmiş lazımi tədbirlərə məhəl qoyulmaması, AŞPA çərçivəsində Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir”, - Azərbaycan XİN bəyan edib.

AŞPA Azərbaycanı Qarabağ ermənilərinə qarşı “xoş niyyətini sübut etməyə” çağırıb

Avropa parlamenti Qarabağla bağlı qətnamə qəbul edib

Şəklin mənbəyi, AŞPA

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Sənəddə Assambleya Azərbaycanı dözümsüzlük ifadələrindən və ya keçmiş hadisələrə görə qisas almaqdan çəkinməyə, bölgənin erməni mədəni irsini qorumağa çağırıb.

AŞPA Azərbaycanı tanınmamış Dağlıq Qarabağın bütün həbs edilmiş nümayəndələrini, eləcə də hazırda həbsdə olan bütün erməni hərbi əsirləri azad etməyə çağırıb.

Bundan başqa Azərbaycandan Avropa Şurasının təsisat və orqanlarının regiona çıxışına icazə vermək istənilib.

Azərbaycan tərəfinin cavabında deyilir ki, AŞPA etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və ləyaqətlə geri qayıtmaları ilə bağlı müraciətlərə məhəl qoyulmur.

Qətnaməyə görə, Azərbaycan öz öhdəliklərini yerinə yetirməsə, ölkəyə qarşı AŞ Nazirlər Komitəsi və Parlament Assambleyasının birgə prosedur başlanıla bilər və qurum "2024-cü ilin ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini mübahisələndirə bilər”.

AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır.

Azərbaycan XİN bildirib ki, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş cəhdlər "uzaqgörən olmayan fikirlərdir və əks nəticə verir".