"Sea Breeze"də qəza: ayağı su nasosunda sıxılıb qalmış uşaq həyatını itirib

See breeze

Şəklin mənbəyi, See breeze

Şəklin alt yazısı, Foto/Arxiv
Çap edildi
Oxuma vaxtı: 1 dəq

Bakının Nardaran qəsəbəsində yerləşən Sea Breeze istirahət mərkəzinin akvaparkında ayağı su nasosunda sıxılıb qalmış azyaşlı həyatını itirib.

Fövqəladə Hallar Nazirliyi avqustun 14-də yaydığı açıqlamada bildirib ki, onlara hovuzda uşağın ayağının su nasosunda sıxılıb qalması barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal xilasedicilər getsə də, 2022-ci il təvəllüdlü uşağın həyatını xilas etmək mümkün olmayıb, nazirlik bildirib.

Sea Breeze-in təsisçisi Emin Ağalarov sosia media hesabında bildirib ki, hazırda istintaq hadisənin bütün hallarını, o cümlədən uşağın hovuzun su nasoslarının yerləşdiyi texniki zonaya necə daxil olmasını araşdırır.

O əlavə edib ki, kurortun bütün obyektləri mütəmadi olaraq aidiyyəti qurumlar tərəfindən yoxlanılır.

"Bu hadisədən sonra təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçiriləcək və gücləndiriləcək", - Emin Ağalarov bildirib.