Paşinyan: "Qarabağ hərəkatını başa çatdırmaq istəyirik"

Videonun alt yazısı, Paşinyan: "Qarabağ hərəkatını başa çatdırmaq istəyirik"
Paşinyan: "Qarabağ hərəkatını başa çatdırmaq istəyirik"
Paşinyan: "Qarabağ hərəkatını başa çatdırmaq istəyirik"

Şəklin mənbəyi, parliament.am

Çap edildi

"Yeni Konstitusiya tamamilə Ermənistana məxsus gündəlikdir", Paşinyan bu sözləri Ermənistan parlamentindəki çıxışı zamanı deyib.

Onun təbirincə Ermənistandakı bəzi dairlərin bunu Azərbaycanın gündəliyi kimi təqdim edirlər.

Ermənistanın Baş naziri deyib ki, erməni xalqı onun partiyasına səs verməklə həm də yeni Konstitusiyanın qəbuluna səs vermiş olublar.

Lakin Paşinyan Azərbaycanın da fəal şəkildə Ermənistanda konstitusiya islahatlarına çağırdığını bildirib.

Azərbaycan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu bildirir və sülh üçün Konstitusiya dəyişikliyini şərt kimi qoyur.

Paşinyan Ermənistanda Qarabağ hərəkatını dayandırmaq istədiklərini də bəyan edib.