You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Ermənistan öz qoşunlarını Qarabağdan çıxarır", Ermənistan rəsmisi
Video açılmasa, YouTube-da baxın.
Ermənistan öz qoşunlarını Qarabağdan çıxarır, bu barədə Ermənstan təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.
"Ermənistan 44 günlük müharibə zamanı Qarabağ müdafiə ordusuna yardım üçün yeritdiyi hərbi bölmələri çıxarır", Armen Qriqoryan.
Qriqoryanın sözlərinə görə, Ermənistan bölmələrinin çıxarılması nəticəsində Qarabağ erməniləri müdafiəsiz qalmayacaq.
"Əvvəllər də Dağlıq Qarabağın təhlükəsizliyini Qarabağ Müdafiə Ordusu təmin edirdi. Bunda heç nə dəyişmir. Bundan başqa, hazırda Qarabağın təhlükəsizlik zəmanəti orada yerləşən Rusiya sülhməramlı qüvvələri olmalıdır", Armen Qriqoryan.
Ermənistan rəsmisinin bu bəyanatı Prezident Əliyevin Rusiyanı və Emənistanı Qarabağda silahlı qüvvələrlə bağlı tənqidindən sonra verilir. O, keçən həftə çıxışı zamanı erməni silahlı qüvvələrinin hələ də Qarabağdan çıxarılmadığnı və bunun qəbuledilməz olduğunu bildirmişdi.