Paşinyanın həbsini tələb edən vəkillər Baş Prokurorluğa müraciət ediblər, Səfərbərliklə xidmətə çağırılanların tərxisinə başlanılır

Nikol Pashinyan

Şəklin mənbəyi, Reuters

Çap edildi
Oxuma vaxtı: 5 dəq

Cümə günü Nikol Paşinyanın həbsini tələb edən vəkillər Baş Prokurorluğa müraciət ediblər, Paşinyanın istefası tələbinə qoşulanların çoxaldığı bildirilir, Dövlət Xidməti maskalarla bağlı xəbərdarlıq edib, Səfərbərliklə xidmətə çağırılanların tərxisinə başlanılır, "Azərenerji" ASC Şuşaya yüksəkgərginlikli elektrik xəttinin çəkildiyini bildirib - Bu və digər xəbərlər BBC News Azərbaycanca icmalında.

Ermənistanda iyirmi vəkil Baş prokuror Artur Davtyana Paşinyana qarşı "dövlətə xəyanət maddəsi ilə" cinayət işi başlanmasını tələb etdikləri müraciəti təqdim ediblər, Ermənistan mediası yazıb.

Xəbərə görə, vəkillərin müraciəti Baş nazir Nikol Paşinyanın açıqlamalarına əsaslanıb.

"Xüsusilə, 27 noyabrda Ermənistanla Azərbaycan arasındakı sərhədin GPS sistemləri ilə təyin olunduğunu bildirib. Nəticədə sərhəd Ermənistanın mühüm əhəmiyyətli strateji sahələri və infrastrukturları boyunca uzanır", xəbərdə deyilir.

Paşinyanın istefası tələbinə qoşulanların çoxaldığı bildirilir

"Elm-təhsil sahəsi strukturları Nikol Paşinyanın istefası tələbinə qoşulub", Ermənistanın News.am saytı bu gün Vətəni Qurtarma Hərəkatının Facebook səhifəsində yaydığı mesaja istinadən yazıb.

Saytın xəbərinə görə, istefa tələbinə qoşulanlar sırasında Ermənistan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və 8-ə qədər universitetlərin də daxil olduğu elmi müəssisənin 300-dən çox çox əməkdaşı var.

Ermənistanda etirazlar Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra başlayıb.

Ermənistan müxalifəti 22 dekabrdan etibarən ölkə boyunca tətil keçirməyə, işə, dərsə getməməyə və etiraz aksiyalarına qoşulmağa çağırıb.

Etirazçılar Respublika Meydanına toplaşaraq Nikol Paşinyanın istefasını tələb ediblər. Bu arada aksiya iştirakçıları "Nikol - satqın!" deyə qışqırıblar.

Ermənistan mediası cümə axşamı günü xəbər yaymışdı ki, "səhər saatlarında müxalifətin Yerevanda Hökumət Evini mühasirəyə almaqla ilin son hökumət iclasının işini pozmaq cəhdi baş tutmayıb".

Cümə axşamı günü Yerevanda etirazçılar hökumət evini əhatəyə alaraq, hökumət üzvlərindən Paşinyanın istefa planını təqdim etməyi və ya "xalqın hüzuruna çıxıb satqın Nikolun tərəfində olduqlarını" bəyan etməyi tələb ediblər. İnzibati binaların girişindəki polis cərgələrini yarmağa və yaxud da binaya keçmək istəyən rəsmilərə maneə törətməyə cəhd edənlər arasında saxlanılanlar olub. Rəsmi məlumatda 69 aksiya iştirakçısının polisə aparıldığı göstərilib.

Ermənistanda müxalifətin etiraz nümayişi dekabrın 24-də başa çatsa da, vətəndaşlar Respublika meydanında qurduqları çadırlarda qalmağa davam ediblər.

Dövlət Xidməti qoruyucu maskalarla bağlı əhaliyə müraciət edib

Dövlət Xidməti maskalarla bağlı xəbərdarlıq edib

Şəklin mənbəyi, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhaliyə müraciət edərək qoruyucu maska alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən sertifikatlarını tələb etməyi tövsiyə edib.

Qurumun cümə günü yaydığı məlumatda deyilir ki, ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartına (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) cavab verməlidir.

Dövlət Xidməti bildirir ki, alıcılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda quruma müraciət edə bilərlər.

"İnzibati Xətalar Məcəlləsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur", məlumatda vurğulanıb.

Azərbaycanda noyabrın sonundan etibarən açıq havada maska taxmaq icbaridir, əks halda maska taxmamış şəxslərə müvafiq qaydada cərimələr tətbiq olunur.

Səfərbərliklə xidmətə çağırılanların tərxis olunmasına başlanılır

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı Zəngilan Laçın Kəlbəcər Şuşa əsgər

Şəklin mənbəyi, Getty Images

Səfərbərliklə hərbi xidmətə çağırılanların tərxis olunmasına başlanılır.

Prezident İlham Əliyev cümə günü "Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezidentin 2020-ci il 28 sentyabr tarixli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

Sentyabrın 28-də Azərbaycanda "qismən səfərbərlik" elan edilib.

Qismən səfərbərlik Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlərdən sonra elan edilib.

Azərbaycanla Ermənistan arasında döyüşlər 44 gün davam edib və İkinci Qarabağ Müharibəsi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı ilə başa çatıb.

Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir

"Azərenerji" ASC Şuşa

Şəklin mənbəyi, "Azərenerji" ASC

"Şuşanın Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir", "Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən BBC News Azərbaycancaya verilən məlumatda deyilir.

Qurum bildirir ki, işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq "Şükürbəyli" yarımstansiyası tam yenidən qurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır.

"Bunun üçün mənbəyi "İmişli" yarımstansiyasından "Şükürbəyli" yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarə olunması təmin ediləcək", - "Azərenerji" ASC bildirir.

Məlumatda həmçinin vurğulanır ki, "ümumi uzunluğu 75 kilometr təşkil edən "Füzul-Şuşa" hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək".

"Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir", - qurum bildirilib.

Qurum açıqlayıb ki, "110 kilovoltluq "Füzuli-Şuşa" xəttin yaxın müddətdə istismara veriləcək".

Bir müddət əvvəl isə "Azərişıq" məlumat yaymışdı ki, hazırda Fizuli-Hadrut-Şuşa istiqamətində 35 kv-luq elektrik xəttinin də çəkilişləri davam edir.

Dövlət Xidməti qoruyucu maskalarla bağlı əhaliyə müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhaliyə müraciət edərək qoruyucu maska alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən sertifikatlarını tələb etməyi tövsiyə edib.

Qurumun cümə günü yaydığı məlumatda deyilir ki, ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartına (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) cavab verməlidir.

Dövlət Xidməti bildirib ki, alıcılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda quruma müraciət edə bilərlər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur.

İşğaldan azad edilmiş ərazilərdə qoşunların mühəndis təminatı üzrə tədbirlər icra olunur

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı Zəngilan Laçın Kəlbəcər Şuşa

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

"İşğaldan azad edilmiş ərazilərdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür", Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Qurum açıqlayıb ki, "Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir".

"Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb. Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir", - məlumatda deyilir.

Bu ilin sentyabrın 27-də başlayıb 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsinə və infrastrukturun qurulmasına başlandığını açıqlayıb.

Müdafiə Nazirliyi Ağdam rayonunun Qiyaslı kəndindən videogörüntülər paylaşıb

Paylaşımını ötürün YouTube
Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube