Rusiyada 8 sentyabr, bazar - vahid seçki günüdür

Moskva
Çap edildi

Bazar günü Rusiya Federasiyasının bütün subyektlərində müxtəlif vəzifələrə seçkilər keçirilir.

Moskva şəhər Dumasına keçirilən seçkilər özünə ən çox diqqət cəlb edən seçkilərdəndir.

Kremldən və Moskva meriyasından asılı olmayan namizədlərin əksəriyyətinin qeydiyyata alınmaması iyul ayından bəri dəyişən intensivliklə davam etmiş etirazlara səbəb olub.

Bazar günü, sentyabrın 8-də Rusiyada 19 regionun rəhbəri, üç inzibati mərkəzin meri və Dövlət Dumasında boşalmış dörd deputat yerinə seçkilər keçirilir.

Bu yay seçkiqabağı kampaniya Moskvada müxalifətin küçə etirazları fonunda keçirilib, əksər seçkilərə isə müxalifət namizədləri buraxılmayıb.

Rusiya
Şəklin alt yazısı, Sankt-Peterburqda qubernator seçkiləri üçün bülletendə namizədlərdən biri - Vladimir Bortko - namizədliyini seçkidən cəmi bir həftə əvvəl geri çəkdiyi üçün onun adının üstündən xətt çəkilib, çünki yeni bülletenləri çap etməyə vaxt qalmayıb.

Moskvadakı seçki mənzərəsi isə belədir: şəhərin müxtəlif yerlərində şən tədbirlər keçirilir, çoxlu bərbəzək əşyaları və hətta səyyar mətbəxlər də gözə dəyir.

Moskva
Şəklin alt yazısı, Moskvada seçki məntəqələrindən birinin xarici görünüşü.

Вот так выглядят выборы в Москве: по всему городу праздник и фестивали, много украшений и даже полевой кухни.

Moskva

Şəklin mənbəyi, BBC

Şəklin alt yazısı, Seçki günü Moskva küçələrində səyyar mətbəxlər də gözə dəyir.

BBC News Rus xidmətinin Sankt-Peterburqdakı müxbirlərinin sözlərinə görə, "Sankt-Peterburqun Petroqrad rayonunda, Mojayski Hərbi Kosmik Akademiyasının kursantları səhər saat 9-dan bəri çoxsaylı dəstələr halında səs veriblər".

"Hər halda, uşaqlar, "siz Mojaykadansınız?" sualına 1650 nömrəli seçki məntəqəsində təxminən 20 yaşında olan gənclər "elədiki var" cavabını veriblər ",- BBC News Rus xidmətinin müxbirləri qeyd edib.

Sankt-Peterburq
Şəklin alt yazısı, Mojayski Hərbi Kosmik Akademiyasının kursantları
Rusiya

Prezident Vladimir Putin isə səsvermə bülletenini Moskvadakı səsvermə məntəqəsində alıb.

Putin

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya prezidenti Vladimir Putin seçki bülletenini allmaq üçün qol çəkir.