Moskvada lüt qadınlar “səsverməyə mane” olub

Şəklin mənbəyi, EPA
Rusiya paytaxtında çılpaqlanan üç qadın seçki məntəqələrinin birində “səsverməyə mane” olub, yerli hakimiyyətin nümayəndəsi bildirir.
Moskva Seçki Komissiyasının sədr müavini qadınların saxlanıldığını qeyd edib.
"Ukrayna vətəndaşları da daxil olmaqla üç qadın saxlanılaraq DİN-in Taqanskaya rayon şöbəsinə gətirilib”, - Аleksey Şlenovdan İnterfax agentliyində iqtibas gətirilir.
Hadisə Kotelniçeskaya sahilindəki seçki məntəqəsində baş verib.
Avqustun 20-də həmin küçədəki göydələnin üstünə Ukrayna bayrağı taxılmış və zirvədəki ulduz Ukrayna bayrağının sarı və göy rənglərinə boyalanmışdır.
Sentyabrın 14-də Rusiya boyu keçən yerli seçkilərdə 85 regiyondan 30-da yeni qubernatorlar və 14 bölgədə yerli parlament üzvləri seçiləcək.
Moskvada isə seçicilər 5 il müddətinə şəhər qanunverici orqanını olan Dumanın yeni tərkibini müəyyən etməlidirlər.
Seçkilər həmçinin Krımda keçirilir.























