Rusiyada qocalar evində yanğın: ən azı 22 nəfər ölüb

Yanğın

Şəklin mənbəyi, RUSSIA EMERGENCIES MINISTRY/TASS

Çap edildi

Rusiyanın Kemerovo şəhərindəki özəl qocalar evində baş verən yanğın ən azı 22 nəfərin ölümünə səbəb olub. Daha 6 nəfərin yaralandığı bildirilir.

Hadisə gecə vaxtı baş verib. Yanğın ikimərtəbəli evin üst mərtəbəsini tamamilə məhv edib, birinci mərtəbədən isə yalnız dəmir konstruksiyaların hissələri qalıb.

İlkin məlumata görə, yanğına səbəb istilik sistemindəki nasazlıq ola bilərdi.

Tass agentliyinin məlumatına görə, özəl qocalar evinin qeydiyyatdan keçmədiyi üçün o, xüsusi mülkiyyət hesab edilirdi. Belə obyektlərdə isə yanğın təhlükəsizliyi ilə bağlı icbari tələblərə əməl olunmur.

Bölgə qubernatoru qanunsuz fəaliyyət göstərən oxşar obyektlərin yoxlanılmasına dair göstəriş verib.

Yanğını şənbə günü səhər söndürmək mümkün olub.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

2018-ci ildə Kemerovoda istirahət mərkəzində baş verən yanğın 37-si uşaq olmaqla, 60 nəfərin ölümünə səbəb olmuşdu.