Paşinyandan etiraz, qalmaqallı qanun, Azərbaycanın İsraildə səfirlik açması - Həftə bu gün

Bu həftə Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilib və Nikol Paşinyan bu təşkilatın Ermənistana yardım haqda sənədini və təşkilatın Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamayıb.
Azərbaycanda bu həftə ilk təqdimatından bəri tənqidlərə səbəb olmuş siyasi partiyalar haqqında qanun layihəsi yenə gündəmdədir.
Qanun layihəsini tənqid edənlər deyirlər ki, o, ölkədə siyasi fəaliyyəti azaldacaq, hökumət tərəfdarları isə, əskinə, məqsədin güclü siyasi partiyaların formalaşdırılması olduğunu deyirlər.
Azərbaycanın tərəfdaş olduğu ölkə - İsraildə səfirlik açmaq qərarı bu həftə də müzakirə olunub. Bəzi Azərbaycan mediası bu addımı Tehranın anti-Azərbaycan siyasətinə cavab olduğunu deyir. İranda bu qərarı tənqid ediblər.
Həftə bu gün proqramını Xanım Cavadova təqdim edir.
Video açılmırsa, YouTube kanalımızda izləyin.





















