İranın Şərqi Azərbaycan əyalətindən Ermənistanda yanğının söndürülməsinə yardım
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Ermənistanın Sünik vilayəti Meğri rayonunda "Arevik" milli park ərazisində yanğınsöndürmə işləri davam edir. Yanğının söndürülməsində 70 xilasedici və "Zangezur" biosfer kompleksi qeyri-kommersiya dövlət təşkilatının 20 əməkdaşı iştirak edir.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Meğri yaxınlığında meşədə yanğın 22-si sentyabr səhər saat 6:15-də başlanıb.
Qaranlığa görə yanğın söndürmə işləri müvəqqəti dayandırılıb, yanğınsöndürənlər və "Zangezur" biosfer kompleksi əməkdaşları tərəfindən növbətçilik təşkil edib.
Meğri məntəqəsi yaxınlığında meşə yanğınının söndürülməsində İran xilasediciləri də iştirak edib.
Bu barədə İran Pars Today agentliyi xəbər verir. Məlumata görə, Meğri gömrük məntəqəsi yanğını söndürməyə yardım etmək xahişi ilə İranın Şərqi Azərbaycan Əyalətinin gömrük xidmətinə müraciət edib.
"İranın yanğınsöndürmə xidməti erməni tərəfinin xahişinə dərhal reaksiya verərək, hadisə yerinə heyət göndərib. İranlı yanğınsöndürənlər yanğının söndürülməsində erməni həmkarlarına yardım göstərib", - məlumatda deyilir.

Şəklin mənbəyi, PARS TODAY























