Yerevanda müstəqillik günü konsertinə etiraz: "Biz hələ yas içindəyik, şadlıq edə bilmərik"

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Yerevanda sentyabrın 21-də Ermənistanın müstəqillik gününün Respublika meydanında təntənəli konsertlə qeyd edilməsinə qarşı etiraz aksiyaları davam edir.

Nümayişçilər ötənilki 44 günlük müharibədə verilən itkilərə görə bayram tədbirlərinin yersiz olduğunu hesab edirlər.

Baş nazir Nikol Paşinyan "ölkədə bayram əhval-ruhiyyəsi olmasa da" müstəqilliyin 30-cu ildönümü münasibəti ilə bayram tədbirlərinin keçiriləcəyini bəyan edib.

Dövlət Gömrük Komitəsinin sentyabrın 13-də yaydığı açıqlamada bildirilir ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri "yol vergisinin vergitutma obyektidir" və hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi "bütün ölkə ərazisi üzrə təmin olunur".

Müxbirimiz Aleksey Manvelyanın Yerevandan reportajı.