You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İran naziri Cavad Zərif Ermənistandadır
Yerevanda İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ermənistan xarici işlər naziri Ara Ayvazyanla danışıqları başlayıb.
Ermənistan xarici işlər naziri görüşdə deyib ki, "Azərbaycanın Qarabağ münaqişəsini hərbi yolla həll etmək cəhdi nəticəsində" bölgə "yeni ciddi təhlükələrlə üzləşib."
"Ermənistan hesab edir ki, Azərbaycan tərəfindən Artsaxa [Dağlıq Qarabağa-red.] qarşı güc tətbiq edilməsinin nəticələri davamlı sülhün əsasını qoya bilməz və regional əməkdaşlıq imkanı kimi nəzərdən keçirilə bilməz", - nazir Ayvazyan deyib.
Ara Ayvazyan İranın regionun önəmli dövləti olduğunu qeyd edib və öz qonşuları ilə qarşılıqlı münasibətlər qurmaqda yanaşmasına hörmət etdiyini bildirib.
"Bir daha qeyd etmək istərdik ki, yalnız uzunmüddətli və qaliblər və məğlub olanlar, necə deyərlər, qələbə və məğlubiyyət olmayan, ümumi maraqları nəzərə alan sülh, bölgədə sabitlik, inkişaf və təhlükəsizliyin bərqərar olması üçün həqiqi zəmanət yarada bilər", - Ara Ayvazyan deyib.
Məlumata görə, Məhəmməd Cavad Zərif İran İslam Respublikasının bütün ölkələrin ərazi bütövlüyünə, xalqların hüquqlaırna hörmətlə yanaşdığını və Ermənistanla ikitərəfli və çoxtərəfli, o cümlədən, Qafqaz bölgəsi ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
İran XİN rəhbəri bölgə səfərini Bakıdan başlayıb, sonra Moskvaya baş çəkib və Yerevana dünən gecə gedib.
Yerevana işgüzar səfər çərçivəsində İran xarici işlər nazirinin baş nazir Nikol Paşinyanla görüşü də planlaşdırılıb.
Sentyabrın 27-də başlayan və 44 gün davam müharibədən sonra Azərbaycan işğal altında olan ərazilərin üzərində öz nəzarətini bərpa edib. O, vaxtdan bəri Bakı təkidlə bildirir ki, Ermənistan bölgədə aparılan çoxtərəfli əməkdaşlıqdan, kommunikasiyaların açılmasından faydalana bilər.