Rusiya: xəstəxanada yanğında 5 koronavirus xəstəsi ölüb

yanğın

Şəklin mənbəyi, Alexander Demianchuk/TASS

Şəklin alt yazısı, Foto- Arxiv
Çap edildi

Sankt-Peterburqda xəstəxanada baş verən yanğın nəticəsində reanimasiyadakı beş koronavirus xəstəsi ölüb.

Rusiya xəbər agentlikləri yanğına süni nəfəs aparatında qısa qapanmanın səbəb olduğunu yazırlar.

Ölkənin Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğın söndürülüb, xəstəxanadan 150 nəfər təxliyə olunub. Neçə nəfərin xəsarət aldığı məlum deyil.

Ölən xəstələrin hamısı süni nəfəs aparatına qoşulu olub.

"Süni nəfəs aparatları fasiləsiz çalışır. İlkin ehtimallara görə, aparatlar yüklənib və bu da yanğınla nəticələnib,"- Sankt-Peterburqun fövqəladə hallar idarəsindəki mənbə İnterfaks xəbər agentliyinə bildirib.

Rusiyada karantin rejiminin yumşaldılacağı ilə bağlı xəbərlər var. İnşaat, əkinçilik və fabrik işçiləri iş fəaliyyətlərini bərpa edirlər.

Rusiya hazırda aşkarlanmış koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir. Bazar ertəsi günü bir gündə 11 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da virusa yoluxanların sayı 220 mini ötüb.

Bu o deməkdir ki, indi Rusiyada həm İtaliyadan, həm də İngiltərədən daha çox yoluxma halı aşkar edilib.

koronavirus
xətt