Rusiyada koronavirus: Ötən gün ərzində 10 mindən çox yoluxma halı aşkarlanıb

Moskva

Şəklin mənbəyi, AFP

Çap edildi

Rusiyada ötən gün ərzində 10 mindən çox yeni koronavirus infeksiyasına yoluxma halı aşkar olunub, bu xəstəliyə tutlanların ümumi sayı isə 134687 nəfərə çatıb.

Son bir gün ərzində koronavirusdan 58 adam ölüb, ölkə üzrə Covid-19-dan ölənlərin ümumi sayı isə 1280 nəfər təşkil edib.

Ümumilikdə, son 24 saat ərzində ölkədə Covid-19-a yeni 910633 yoluxma halı aşkarlanıb , o cümlədən Moskvada 5948 yeni yoluxma halı qeydə alınıb.

Bir gün əvvəl isə həmin göstərici 9623 nəfər olub.

Şənbə günü Moskva meri Sergey Sobyanin epidemiyanın kəskinləşməsi təhlükəsi olduqda, Moskvada karantin tədbirlərinin gücləndirilə biləcəyini söyləyib.

Moskva

Şəklin mənbəyi, EPA

Onun sözlərinə görə, zərurət olarsa, Moskvada hərəkət etmək üçün verilən rəqəmsal vəsiqələrin sayı azaldıla bilər.

Aprelin 15-dən etibarən Moskva şəhərində yalnız elektron vəsiqələr vasitəsilə hərəkət etmək mümkündür.