Yerevanda maldar fermerlər etiraz aksiyaları keçirirlər

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Video açılmasa, YouTube-da izləyin.

Ermənistanda maldar fermerlər etiraz aksiyaları keçirirlər.

Çərşənbə axşamının səhəri onlar Ararat və Armavir vilayətlərində paytaxt Yerevana yolu bağlayıblar. Və beləliklə Hökumət və Baş nazir Paşinyanın diqqətini cəlb etmək istəyirlər.

Maldarların narazılığına yanvarın 15-dən qüvvəyə minən qanun səbəb olub.

Qanuna əsasən, ət tədarükü ilə məşğul olan fermerlər mal-qaranı yalnız sallaqxanalarda kəsdirməlidirlər.

Vilayət rəhbərləri ilə görüşdən sonra aksiya dayandırılıb. Qubernatorlar məsələnin yuxarı instansiyalarda yenidən müzakirəyə qoymağı vəd ediblər.

Yerevan müxbirimiz Aleksey manvelyanın reportajı.

Yerevan