Türkiyə Milli Müdafiə Nazirliyi: "Yeni əməliyyata ehtiyac qalmadı"

türk əsgəri

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ceylanpınar bölgəsində tankın üzərində olan türk əsgəri
Çap edildi
Oxuma vaxtı: 2 dəq

Türkiyə Milli Müdafiə Nazirliyi oktyabrın 9-da Suriyanın şimalında və Fərat çayının şərqində başladığı "Barış Pınarı Hərəkatı"na verdiyi 120 saatlıq fasilədən sonra açıqladığı bəyənatda ABŞ-ın "PKK/YPG qruplaşmalarının bölgədən geri çəkilməsinin başa çatdığını" bildirdiyini deyib. Nazirlikdən verilən açıqlamada "bu mərhələdə mövcud hərəkat ərazimiz xaricində yeni bir əməliyyatın icra edilməyinə ehtiyac qalmayıb" deyilib.

Milli Müdafiə Nazirliyi Soçidə Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya prezidenti Vladimir Putinlə gəldikləri razılaşma çərçivəsində çərşənbə axşamı günündən etibarən Rusiya ilə müştərək işlərə başlanılacağı bildirilib.

Bəyanatda "Türkiyə sərhədlərinin cənubunda bir terror dəhlizinin əmələ gəlməsinə əsla icazə verməyəcək və terrorla mübarizəmiz əzmlə davam edəcəkdir. Beləkiklə, bölgədə bir sülh dəhlizi yaratmaqla ərazilərindən köçürülmüş Suriyalıların könüllü və təhlükəsiz şəkildə evlərinə və torpaqlarına qayıtmasını təmin edəcək" ifadələri yer alıb.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

ABŞ prezidenti Donald Trump Twitter hesabında "Türkiyə, Suriya və Yaxın Şərqlə bağlı yaxşı xəbərlərin olduğu görünür. Başqa xəbərlər də sonra gələcək!" deyib.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Türk və Rus əsgərləri ortaq nəzarət həyata keçirəcəklər

Erdoğan və Putin təqribən 6 saat çəkən görüşdən sonra ortaq müqavilədə razılaşıblar.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya prezidenti Vladimir Putin

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya prezidenti Vladimir Putin

İki lider Suriyanın şimalında Tel Abyad və Ras'ul Ayn şəhərləri arasındakı 120 kilometrlik ərazidə 32 kilometr enində təhlükəsiz bölgə yaradılmasına davam edilməsi barədə razılığa gəliblər.

Razılaşma mətnində "Hər iki tərəf (1998-ci ildə Suriya ilə Türkiyə arasında imzalanan) "Adana Müqaviləsi"nin əhəmiyyətini vurğulayıb. Rusiya Federasiyası mövcud şərtlərdə "Adana Müqaviləsi"nin tətbiq edilməsini asanlaşdıracaq" ifadəsi yer alıb.

"Adana Müqaviləsi" "Suriya hakimiyyətinin PKK və qollarının öz ərazilərini istifadə edərək Türkiyəyə təhdid yaratmasına mane olmağı" nəzərdə tutub, ancaq 2011-ci ildən bəri bu müqavilə icra edilməyib.

Paylaşımını ötürün X, 3
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 3

Müqavilə mətnində; "Oktyabrın 23-dən günorta saat 12:00-dan etibarən Rusiya hərbi polisinin və Suriya sərhəd mühafizəçilərinin "Barış Pınarı Hərəkatı" əraziləri xaricində Türkiyə-Suriya sərhədinin Suriya tərəfində YPG mənsubları və silahlılarının Türkiyə-Suriya sərhədindən başlayaraq 30 kilometr xaricinə çıxarılmasını təmin etmək üçün girəcək. Bu əməliyat 150 saat ərzində başa çatacaq. Eyni müddət ərzində mövcud "Barış Pınarı Hərəkatı" ərazisi sərhədlərinin qərbi və şərqində 10 kilometrlik ərazidə Kamışlı şəhəri daxil olmadan Türk-Rus ortaq nəzarəti başlayacaq" ifadələri istifadə olunub.

Putin nitqində deyib ki, "Türkiyənin təhlükəsizliyini təmin etmək üçün lazimi addımlar atmaq arzusuna müsbət baxdığımızı dəfələrlə bəyan etmişik".

O, eyni zamanda bildirib ki, əsas məsələ Suriyanın şimali-sərqindəki ərazidə kürdlər tərəfindən əsir saxlanılan "İslam Dövləti" yaraqlılarının Türkiyənin əməliyyatından faydalanmamasıdır.

"Suriya qanunsuz xarici əsgərlərin mövcudluğundan xilas olmalıdır. Bizim fikirimizcə, Suriyada daimi və uzunmüddətli sabitlik ancaq bu ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşıldıqda mümkün ola bilər", - Putin deyib.