You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şəkillərdə: Portağal döyüşləri
İtaliyanın İvrea şəhəri tarixi ənənəyə söykənən karnavala hazırlaşır. İldə bir dəfə şəhərin baş meydanına toplaşan sakinlər bir-birlərini portağal atəşinə tuturlar.
Karnaval ərəfəsində fotoqraf Andrea Capello ötən ilki bayramda çəkdiyi fotoşəkillərlə bölüşüb.
Ənənə şəhərin zalım hökmdarının idarəsinə qarşı üsyanla əlaqələndirilir. Rəvayətə əsasən, dəyirmançının qızı Violetta, toy gecəsində gəlinlərlə yatmaq hüququnu əldə etməyə iddialı hökmdarın boynunu vurur. Bundan sonra üsyana qalxan sakinlər hökmdarın qalasına od vururlar.
Karnaval tiran hökmdarın tərəfdarları ilə üsyançılar arasında mübarizə səhnələrini canlandırır.
Şəkillərin müəllifi: Andrea Capello.