You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb
Çap edildi
Bakının Suraxanı rayonunda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəsarət alanlardan 2-si azyaşlıdır.
Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına çatdırılıb, onların müalicələri davam edir, Səhiyyə Nazirliyi bildirir.
Səhər saatlarında baş vermiş hadisədə 104 nömrəli sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Bakı Nəqliyyat Agentliyindən deyirlər ki, "ilkin ehtimallara görə minik avtomobilinin sürücüsü yuxulu vəziyyətdə olub".
Qurum hadisənin səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını bildirir.