Hökumətə ünvanlı rədd edilmiş elektron petisiyalar

- Müəllif, Tom Bateman
- Vəzifə, Müxbir
- Çap edildi
Lamanşın altındakı tunelə su buraxılsın. Pişiklərin evdən çıxmasına qadağan qoyulsun. Qızartma balıq və kartof yenə də qəzetlərə bükülsün.
Bu tələblərin üçü də hökumətin e-petisiyalar idarəsi tərəfindən rədd edilib.
Britaniya qanunlarına görə 100 mindən çox imza toplamış petisiyalara parlamentdə baxılmalıdır.
Məsələn Jamie Oliver-in qida məhsullarındakı şəkərə vergi qoyulması barədə tələbi kimi bəzi petisiyalar hətta parlamentdən də keçib qanun ola bilir, amma əksər petisiyaları dərhal rədd edirlər.
Burada verilmiş bəzi nümunələrdən bu petisiyaların niyə rədd edildiyini başa düşmək olar.
Petisiyaların çoxu hökumət və parlamentin məsuliyyətindən kənar məsələlərə aiddir:

Şəklin mənbəyi, Government e-petitions

Şəklin mənbəyi, Government e-petitions
Yenotlar barədə də bir neçə petisiya rədd edilib:

Amma heyvanlar haqqında ağlabatan petisiyalar da olur.
Məsələn polis it və atlarının da mühafizə hüququnun təsbit edilməsi barədə tələbə parlamentin 14 noyabr iclasında baxılacaq.
Bu petisiyada polis itlərinə və polis atlarına polis zabiti statusu verilməsi istənirdi.

Populyar petisiyalar
Məsələn hökumətdən Avropa İttifaqında üzvlüyə dair ikinci referendumun keçirilməsini tələb edən petisiyanı 4 milyondan çox adam imzalamışdı.
Başqa bir populyar petisiyada ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trump-ın Britaniyaya səfərinin qadağan olunması tələb edilirdi.
Bu məsələ parlamentdə 2016-cı ilin yanvarında müzakirə olunub. "Donald Trump Britaniyaya səfər edə bilər" qərarı qəbul olunub.
Amma elə petisiyalar da var ki, hökumət onları heç yaxına buraxmaz. Məsələn hökumətə petisiyaların qəbulunu qadağan edən qanun üçün verilmiş petisiya kimi:























