Qüsursuz brilyant 22.1 milyon dollara satılıb
Çap edildi
Nyu Yorkdakı Sotheby's hərracına çıxarılan qüsursuz 100 karatlıq brilyant 22.1 milyon dollara satılıb.
Daş hərracın açılmasından 3 dəqiqə keçmiş anonim şəxs tərəfindən alınıb.
Hərrac evinin Nyu Yorkdakı zərgərlik departamentinin rəhbəri Gary Schuler brilyantı "mükəmməlliyin tərifi" adlandırıb.
Cənubi Afrikada De Beers şirkəti tərəfindən çıxarılan almazın kəsilməsi, cilalanması və işlənilməsinə bir ildən çox vaxt sərf olunub.
Ötən 25 il ərzində hərraca 100 karatdan artıq çəkisi olan cəmi 6 brilyant çıxarılıb, Sotheby's bildirir.
Hərracdan satılan ən bahalı brilyant “Pink Star”dır. İki il əvvəl Cenevrədə hərraca çıxarılan daşa rekord təşkil edən 83 milyon dollar ödənilib.
Video şərhsizdir.