Brliyant daş auksionda 26.7 milyon dollara satıldı
Çap edildi
Mükəmməl brilyant daş dünya auksionunda rekord qiymətə - 26.7 milyon dollara satılıb.
Botsvanda çıxarılmış 101 karatlıq brilyant Cenevrədə keçirilən Christie's auksionunda satılıb.
Onu Harry Winston firması alıb. Bununla da ötən ilin noyabrında 21 milyon dollara satılmış 76 karatlıq brilyant daşın rekordu üstələnib.