Sualtı fotoqraf heyrətamiz kövrək canlı varlıqları lentə alıb.
Şəklin alt yazısı, Sualtı fotoqraf, Aleksander Semenov, okean dibində yaşayan Scyphozoan meduzası növünə aid meduzaları lentə alaraq silsilə fotolar çəkib.
Şəklin alt yazısı, Moskvalı, 30 yaşlı Semenov işinin əsas hissəsini Arktika dairəsinin yaxınlığında həyata keçirib.
Şəklin alt yazısı, O, Moskva Dövlət Universitetinin (MDU) Ağ dənizdəki Bioloji stansiyasında 4 aylıq fotoqrafiya və müşahidəçilik sessiyası zamanı dalğıclara rəhbərlik edib. Üzən Hydrozoan meduzası.
Şəklin alt yazısı, "Müsair sualtı fototexnika avadanlığı incəsənət və elmin mükəmməl qarışığını yaratmağa imkan verir", Semenov deyir.
Şəklin alt yazısı, "Mənim araşdırma fəlsəfəm 19-cu əsrin təbiət tədqiqatçılarının üslubuna bənzəyir, əsas üsul həyatı müşahidə etməkdən ibarətdir.", fotoqraf qeyd edir.
Şəklin alt yazısı, "Mən məşhur ilk dalğıcların yolunu davam etdirmək, tədqiqatçılar və alimlərin gələcək nəslini həvəsləndirəcək yeni "Odisseya" yaratmaq istəyirəm."
Şəklin alt yazısı, Semenov stroboskob işığı və böyüdücü obyektivlərlə təchiz olunmuş yüksək texnologiya kameralarından istifadə edib. Nəticədə onun çəkdiyi şəkillərdə meduzaları xırdalıqlarınadək izləmək mümkündür. Fotoda diş-diş Şah qurd (Nereis pelagica) təsvir olunub.
Şəklin alt yazısı, Bu texnika Aleksandr Semenova Dəniz pərisi adlanan dəniz ilbizini xırdalıqlarınadək əks etdirməyə imkan verib. Bu "pteropod"-lar okeanın qida dövriyyəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı ekosistemin saflığından xəbər verirlər. Fotoların müəllifi: Aleksander Semenov / Caters News