"Kifır fahişə" haqqında polisə şikayət edilib

Britaniyada bir kişi fahişənin xarici görünüşü haqqında şikayət etmək məqsədilə təcili yardıma zəng etdiyinə görə polis xəbərdarlığını alıb.
West Midlands (qraflığı) polisi deyib ki, zəng edən şəxs "malların satışı qaydalarını pozan qadın haqqında şikayət etmək istədiyini" bildirib.
Polis deyib ki, zəng cərşənbə axşamı, yerli vaxtla təxminən 19:30-da daxil olub. Kişi qadının dediyi kimi cazibədar olmadığından narazı qaldığını bildirib.
Şəxsə göndərilən rəsmi məktubda polis xidməti vaxtının boş işlərə sərf edilməsinə etiraz edib.
Zəng zamanı kişi deyib: "Mən onunla görüş təşkil etmişəm, amma əvvəlcədən ondan dəqiq təsvir istəmişdim ki, əks təqdirdə onun xidmətindən istifadə etməyəcəm. O, özünü yanlış təsvir edib, özünü tamamilə yanlış təqdim edib. O, əsəbləşmişdi, elə bil ki, mən onun xərclərini çəkməliyəm".
Serjant Jerome Moran kişiyə məsləhət vermək üçün zəng edib.
"Ağlasığmaz idi - o həqiqətən düşünürdü ki, o, heç bir səhv etməyib və yanlış təsvirə görə polis qadınla bağlı məsələni araşdırmalıdır. Mən onda dedim ki, qadın heç bir cinayət törətməyib və əslində qeyri-qanuni əməllər - seks tələb etmək - onun özünə məxsus idi."
1979-cu ildə qəbul edilmiş satış qaydaları üzrə qanuna görə mallar keyfiyyətli olmalı və satıcının təsvirinə uyğun gəlməlidir.
























