Müharibə fotoları: Ukraynanın ağrısı və qətiyyəti

Şəklin mənbəyi, Getty Images
Ukrayna şəhər və kəndlərində hava hücumundan xəbər verən həyəcan təbili getdikcə daha tez-tez səslənir.
Müharibə artıq üçüncü həftədir ki, davam edir və bu müddət ərzində raket, mərmi və bombaların uğultusu ukraynalıların əksəriyyəti üçün tanış səs-küyə çevrilib.
- Rusiyanın hərbi gücü nə qədərdir? Rusiya qoşunlarının Ukrayna ərazisinin dərinliyinə doğru irəliləyişi səngiməkdə olsa da, atəşin intensivliyi güclənir.
Rusiya zərbələrin sırf hərbi hədəflərə yönəldiyini iddia edir, lakin faktlar göstərir ki, Rusiya ordusu üçün obyektin hərbi və ya mülki olması elə də böyük fərq kəsb etmir - hər biri hücuma məruz qala bilər.

Şəklin mənbəyi, Getty Images
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda atəşə məruz qalmayan ərazi demək olar ki, yoxdur.

Şəklin mənbəyi, EPA
Bir milyon yarım əhalisi olan Xarkov şəhərini sakinlərin çoxu davamlı atəşlər səbəbindən tərk edib.
Qalmağa qərar verən və ya getmək imkanı olmayanlar səhər saatlarında mağazalarda, banklarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində növbəyə düzülürlər.
Könüllülərin iştirakı ilə əhatəli humanitar fəaliyyət həyata keçirilir: şəhərin müdafiəçiləri və yardıma kəskin ehtiyacı olanlar üçün yemək hazırlanır.

Şəklin mənbəyi, Reuters
Müharibənin hər növbəti günü qurbanların sayını artırır. Rəsmi statistikanın aparılması çətinləşsə də, yayılan məlumatlar minlərlə ukraynalının atışma və bombardmanlar nəticəsində öldüyünü və ya yaralandığını güman etməyə əsas verir.

Şəklin mənbəyi, Getty Images
Liman şəhəri olan Mariupolda vəziyyət ağırdır. Artıq iki həftədir ki, bu şəhər mühasirədədir və davamlı olaraq atəşə məruz qalır.Şəhər rəsmilərinə görə, Mariupola açılan atəş nəticəsində 1600-ə sakin həlak olub, lakin atəşin intensivliyinə görə küçələrdən cəsədləri yaəmaq olmur.
Sağ qalan sakinlərin humanitar dəhlizlər vasitəsilə şəhərdən çıxarılmasından söhbət belə getmir, çünki Rusiya tərəfi müvəqqəti atəşkəsin şərtlərinə əməl etmir.

Şəklin mənbəyi, Reuters
Mariupolun yaxınlığında başqa bir liman şəhəri - Nikolaev uğrunda döyüşlər davam edir. Rusiya ordusu şəhərə kaset bombalar atır istifadə edir, lakin yerli əhali müqavimət göstərməkdə davam edir.

Şəklin mənbəyi, Scott Peterson/getty images
Cümə günü Rusiya ilk dəfə olaraq Ukraynanın qərb bölgələrini atəşə tutmağa və bombalamağa başlayaraq Dnepr şəhərinə zərbə endirib.

Şəklin mənbəyi, Getty Images
Paytaxt Kiyevdə könüllülər səngərlər qazır və barrikadalar qurur, şəhəri qalaya çevirirlər.

Şəklin mənbəyi, Getty Images
Şəhərin bir çox rayonlarında səyyar mətbəxlər təşkil olunub: Kiyev sakinləri ümumi işə bacardıqları köməyi göstərirlər.

Şəklin mənbəyi, DIMITAR DILKOFF/Getty Images
Çoxları, əsasən də qadın və uşaqlar ölkəni tərk etməyə çalışır.
BMT-nin bildirdiyinə görə, Rusiya rəsmilərinin ucbatından 2,5 milyondan çox ukraynalı qaçqın düşüb.

Şəklin mənbəyi, Getty Images
Ukraynanın qərbindəki Lvov şəhəri də vəziyyətin pisləşəcəyinə hazırlaşır.
İncəsənət qalereyaları, muzeylər və məbədlərdə şəhərin zəngin mədəni irsinin təxliyə olunmasına hazırlıq aparılır.

- Rusiyanın Ukraynaya hücumu: "Ən təhlükəli anlar hələ qarşıdadır" - təhlil
- "Artıq Ukraynada heç yer əmin-aman deyil"
- Ukrayna səfiri: "Azərbaycanın rəsmi cavabını gözləyirik"
- Ukrayna Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb
- Rusiya Ukraynanı işğal etməyə hazırlaşırmı? Və digər suallar
- "Alman işğalı dövründə də necəsə yaşamışıq". Ukrayna sərhədində yaşayanlar Rusiyayla müharibə ehtimalı haqda nə deyirlər?
- "Hamı qorxur", Ukraynanın şərqindən çıxarılan sakinlər
- Rusiyanın Ukraynaya hücumundan sonra Kiyevdə həyat-fotolar



























