Lvov: Kafe və dükanlarda Rusiyanın hərbi itkilərini göstərən vərəqələr

Ukrayna
Şəklin alt yazısı, Lvovdakı dükan və kafelərin vitrinlərində bu cür vərəqələr görmək olar. Vərəqələrdə Rusiya Ordusunun itkiləri barədə Ukrayna rəsmilərinin açıqladığı rəqəmlər göstərilir.
    • Müəllif, Yalda Hakim
    • Vəzifə, BBC News, Lvov
  • Çap edildi

Ukraynanın Qərbindəki Lvov şəhərində ilk baxışdan, gündəlik adi həyat davam edir.

Lvov Ukraynanın Polşa ilə sərhədinin yaxınlığında yerləşir.

Bombardman edilən digər şəhərlərdən qaçan ukraynalılar üçün Lvov şəhəri dayanacaq məntəqəsinə çevrilib.

Kafelərdə insanlar qəhvə içir, şirniyyat yeyirlər, tramvaylar şəhərin küçələrində gurultu səsi yaradaraq ora-bura hərəkət edir, dükanlardakı rəflər mallarla tam dolu vəziyyətdədir.

Amma havada gərginlik hiss olunur. Şəxsiyyəti təsdiq edən sənədlər və pasportlar diqqətlə yoxlanılır.

Dükanların və kafelərin qapısından asılmış vərəqələrdə Rusiya Ordusunun itkiləri barədə Ukrayna rəsmilərinin açıqladığı rəqəmlər göstərilib.

Daha sonra gündə bir və ya iki dəfə sirena səsi eşidilir, dərhal hərbçilər peyda olur və hər kəs yaxın sığınacağa qaçır.

Yanlışlığa yol verməyin, bura müharibə vəziyyətində olan bir ölkədir.