İran və Türkiyədə zəlzələ olub: ölən və yaralananlar var

İran və Türkiyədə zəlzələ olub: ölən və yaralananlar var

Şəklin mənbəyi, Reuters

Çap edildi

Bazar günü səhər saatlarında İranın Hoy şəhərində baş vermiş 6 bal gücündə zəlzələ Türkiyənin Van şəhərində tələfata səbəb olub.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Van şəhərində zəlzələ nəticəsində üçü uşaq olmaqla 9 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını bildirib.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

İranın Qərbi Azərbaycan vilayətində azı 75 nəfəri yaralanıb, 43 kənddə evlərə ziyan dəyib.

Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib ki, bazar günü baş vermiş zəlzələ nəticəsində Türkiyə ərazisində 100-dən çox tikili dağılıb.

1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən zəlzələdə 17 min adam ölmüşdü.

İranın ən ölümcül zəlzələsi isə 1990-cı ildə baş vermişdi və nəticədə 40 min nəfər ölmüş, yarım milyon insan evsiz qalmışdı.