Dennis qasırğası ilə bağlı Britaniyada daşqın təhlükəsi elan olunub

Şəklin mənbəyi, PA Wire
Uelsin cənubunda güclü yağış və küləklərlə bağlı ən yüksək dərəcəli (qırmızı rəngli) xəbərdarlıq elan olunub.
Britaniya üzrə caylarda suyun səviyyəsinin qalxması ilə bağlı 300-dən çox daşqın təhlükəsi barədə xəbərdarlıqlar edilib.
Şotlandiyada iki nəfərin avtomobilləri Newcastleton məntəqəsi yaxınlığında yağış və qasırğalı külək nəticəsində yolun üzərindən yuyulub aparılıb və onların xilas edilməsi tələb olunub.
Britaniya meteoroloji xidmətinin məlumatına görə, şənbə günü küləyin gücü təxminən 146 km/saat təşkil edib, Uelsdəki Brecon Beacons Milli Parkındakı isə yağış suyunun qalınlığı 142mm səviyyəsində qeydə alınıb.

Şəklin mənbəyi, Getty Images
Şənbə və bazar günləri qasırğanın ən güclü təsirinə məruz qalan ərazilərdə yerli sakinlər daşqın riskiylə üzləşib.
İngiltərədə 200 daşqın təhlükəsi xəbərdarlığı, Şotlandiyada - 40 və Uelsdə 70-dən çox daşqın təhlükəsi xəbərdarlığı elan olunub.

Şəklin mənbəyi, AFP/Getty Images
Qasırğalı hava ilə əlaqədar Britaniyada bazar günü ümumilikdə 170-dək aviareysi təxirə salınıb.
Qasırğa Edinburgh, Glasgow, Newcastle, Southend, Stansted, Heathrow və Gatwick aeroportlarının iş ahənginə təsir göstərib.
Uels cənubunda , İngiltərə və Şotlandiyanın bəsi hissələrində dəmiryol xidməti işini müvəqqəti olaraq dayandırıb.

Şəklin mənbəyi, PA Wire

Şəklin mənbəyi, PA Wire

























