Azərbaycanda əhalinin siyahıyaalınması başlayır

Çap edildi

Çərşənbə axşamından Azərbaycanda əhalinin siyahıyaalınması başlayır, proses oktyabrın 10-dək davam edəcək.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual var.

Siyahıyalma ilə bağlı Azərbaycan ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb.

"Ölkəxaricində yaşayan Azərbaycan vətəndaşlarının siyahıyaalınmasını isə Azərbaycanının diplomatik korpusu aparacaq", DSK bildirib.

Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək, DSK-nın məlumatında deyilir.

Ölkə əhalisinin ikinci siyahıyaalınması 2009-cu il aprelin 13-dən 22-dək keçirilib.