Sabiq Fransa prezidenti Jacques Chirac vəfat edib

Çap edildi

Ömrünün son illəri korrupsiya qalmaqalları ilə yadda qalan sabiq Fransa lideri Jacques Chirac 86 yaşında vəfat edib.

Cənab Chirac iki dəfə prezident seçilib və ölkəsində vahid Avropa məzənnəsini tətbiq edib. Fransa Milli Məclisi onu bir dəqiqəlik sükutla yad edib.

Jacques Chirac-ın əsas siyasi islahatlarından biri də prezidentlik müddətinin yeddi ildən beş ilədək azaltmaq olub.

1995-ci ildən 2007-ci ilə qədər dövlət başçısı vəzifəsini icra edən Chirac-ın sağlamlığı o vaxtdan bəri pisləşib.

Fransız mediası xəbər verir ki, o, 2005-ci ildə insult keçirib. 2014-cü ildə həyat yoldaşı Bernadette onun yaddaşında problem olduğunu deyib və artıq ictimaiyyət qarşısında danışmayacağını söyləyib.