You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İtaliya: Siciliyada daşqın nəticəsində bir evdə 9 nəfər ölüb
İtaliyada çayın daşması nəticəsində evlərini su basmış iki ailənin üzvləri ölüb.
Ümumilikdə, doqquz nəfər ölüb - onlardan üçü yaşı 1-dən 15-dək olan uşaqlardır, eləcə də onlardan ikisinin anası, babsı və nənəsi də ölüblər.
Hadisə şənbə gecəsi Siciliyanın Casteldaccia şəhərində baş verib.
Yalnız ailələrdən birinin üç üzvü sağ qalıblar, daşqın başlayan zaman onlar evdə olmayıblar: uşaqlardan birinin atası daha bir uşaqla iş dalınca gedibmiş, adaha bir 10 yaşlı oğlan uşağı isə ağaca dırmaşaraq sağ qalıb.
Siciliyanın digər rayonlarında daşqın nəticəsində daha 3 nəfər həlak olub - onların içəridə olduğu avtomobilləri sel aparıb.
İtaliyanın şimalında və qərbində leysan yağışlar nəticəsində daha 17 adam ölüb.