Dağ yamaclarında həyat: Haiti xarabalıqlarında yoxsulluq və qürur

A young girl plays hopscotch in front of her house while her friends and neighbours look on

Şəklin mənbəyi, Tariq Zaidi

Çap edildi

Jalousie Haiti paytaxtının yoxsul rayonlarından biri sayılır. Burada su kəməri və kanalizasiya sitemi yoxdur, elektrik enerjisi təchizatında tez-tez kəsilmələr baş verir, ətraf plastik zibillə doludur.

Təxminlərə görə, indi Jalousie-də təxminən 80 min adam yaşayır.

Çoxları bura 2010-cu ilin dəhşətli zəlzələsindən sonra gəlib.

Bütün çətinliklərə və yoxsulluğa baxmayaraq, bu məhəllənin sakinləri ümid və qürurla yaşamağa güc tapırlar.

Ckimy, 16, looks out from a rooftop onto the colourfully painted houses of Jalousie

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Ckimy adlı bu qızın 16 yaşı var, o, Jalousie-də doğulub.

Haiti paytaxtı Port-au-Prince-ə gələn tursitlər çox vaxt Jalousie məhəlləsini yalnız avtobus və taksi pəncərəsindən görürlər. Məhəllə paytaxtın kənarında, Morne L'Hôpital dağının yamacında yerləşir.

Jalousie from a distance

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Jalousie məhəlləsinin məsafədən görünüşü

2013-cü ildə hökümət dəyəri 1.4 milyon dollar olan layihə çərçivəsində məhəllədəki daxmaları rənglədib.

Tənqidçilərin sözlərinə görə bu, ona görə edilib ki, məhəllə zənginlərin yaşadığı Pétion-Ville rayonundan açılan mənzərəyə tamaşa edənlərin kef-əhvalını pozmasın.

A boy stands and looks at one of the crossroads within the slum. A man on the left is tending to his charcoal shop

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Yerli sakinlər

Bu məhəllə 60 il bundan əvvəl yaranıb.

Məhəllədə işıq olmayanda camaat şam və lampa yandırır, yeməyi kömür odununda hazırlayır. Yağışdan sonra evlərin qarşısı plastik zibillə dolu olur.

A woman stands in front of rubbish washed down the mountain

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Qadın zibillik qarşısında durub.

Bu cür aşırı yoxsulluq şəraitində yaşayan yerli sakinlər qürurla yaşamaq üçün gərgin əmək və səylərini əsirgəmirlər.

A man works out at one of the makeshift gyms

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Sakinlər özləri idman alətləri hazılayıb idmanla məşğul olurlar.
Children play at Jalousie's main sports arena

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Jalousie-nin əsas idman meydançasında uşaqlar futbol oynayır
Churchgoers pray inside Eglise Evangelique Baptiste church

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Eglise Yevangelik Baptist kilsəsi

Jalousie camaatı gözəlik salonları və restoranlar kimi kiçik bizneslə məşğuldirlar.

A young girl gets her nails tended to at one of the many salons

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Jalousie-də Gözəllik salonlarından biri
Two women clean rice at one of the slum's restaurants

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Yerli restoranlardan birində qadınlar düyü təmizləyir.

62 yaşlı Loreu kömür dükanını işlədir. Onun 4 uşağı var və Jalousie-də 40 ildən çoxdur ki, yaşayır.

Loreu stands at the entrance to his charcoal shop

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Loreu dükanının qarşısında durduğu zaman.

Gərgin əməyə baxmayaraq, Jalousie-də ailələrin 85 faizi ehtiyac içində yaşayır.

35 yaşlı Jean Michelle avtomobil dayanacağı parkında mühafizəçi işləyir. O, 2004-cü ildən bir otaqda 3 uşağı ilə yaşayır.

Jean Michelle with his seven-year-old daughter Fatdjoulie

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Jean Michelle 7 yaşlı Fatdjoulie adlı qızına dərsini etməyə kömək edir. Kənarda isə bu evin daha bir sakini Catrine Telamoure yatır.

Haiti qərb yarımkürəsinin ən yoxsul ölkəsidir və hazırda 2010-cü ildə baş vermiş zəlzələnin mənfi nəticələrini aradan qaldırmağa çalışır.

Həmin zəlzələ zamanı 200,000-dən çox adam həlak olmuşdu.

Bu yaxınlarda keçirilmiş sorğuya əsasən, ölkə əhalisinin yarıdan çoxu günə 2.41 dollar düşən yoxsulluq səviyyəsindən aşağı yaşayır.

Haiti əhalisinin 74 faizi hazırda xarabalıqlarda yaşayır.

Jalousie-da su kəməri də yoxdur. Sakinlər suyu vedrələrlə daşıyır. Təxminən 20 litr su tutan vedrəni doldurmaq 0.35 sentə, (60 qəpik) başa gəlir.

Young girls carry water from the main water-filling station back to their respective homes

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Qızlar evlərinə su daşıyırlar

Jalousie məhəlləsinin yerləşdiyi dağlıq ərazi seysmik fəallıq baxımından təhlükəli zonaya təsadüf etdiyindən burada yaşayış perspektivi də ürəkaçan deyil.

Palçıq selinin yaranması riski yüksəkdir.

Təxminən 1300 ev uçqun riski altında olduğundan dağ yamacının aşağı hissəsində yaşayan sakinlərin də həyatı daima təhlükə altındadır.

A woman carries a water bucket on her head back to her home

Şəklin mənbəyi, Tariq Zaidi

Şəklin alt yazısı, Qadın vedrədə evinə su daşıyır

Fotoreportaj müəllifi - Tariq Zaidi.