Dövlət Təhlükəsizlik Xidməti və Xaricdə Kəşfiyyat Xidməti yaradılıb

Şəklin mənbəyi, mtn.az

Çap edildi

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti və Xaricdə Kəşfiyyat Xidməti yaradılıb, prezident İlham Əliyev bazar ertəsi bu barədə sərəncamlar imzalayıb.

Sənəddə deyilir ki, bu qərar Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə verilib.

Yeni yaradılmış qurumlar Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılıb, həmçinin 2015-ci il və 2016-cı il dövlət büdcələrində MTN üçün nəzərdə tutulmuş maliyyə onlara aid edilib.

Prezidentin başqa iki sərəncamı ilə Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

Qurumlar bir ay ərzində əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə prezidentə təkliflərini təqdim etməlidir.

Nazirlər Kabineti xidmətlərin fəaliyyətinin təşkili üçün maddi-texniki təminatla bağlı məsələləri həll etməlidir.

Oktyabrın 17-də milli təhlükəsizlik naziri <link type="page"><caption> Eldar Mahmudov</caption><url href="http://bbc.com.im/azeri/azerbaijan/2015/10/151017_mtn_fired%22 platform="highweb"/></link> vəzifəsindən azad edilib və bir neçə gün sonra nazirliyin 7 vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib.

Sabiq nazirin vəzifələrini bu günədək oktyabrın 20-də milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilən Mədət Quliyev icra edib.

Quliyev 2011-ci ildən Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi kimi fəaliyyət göstərib.