Türkiyədə məhkəmə 'Ergenekon çevrilişi hazırlayanlara" hökm çıxarıb

General İlker Başbuğ
Şəklin alt yazısı, Məhkəmə generala Başbuğa tərəfindən ömürlük həbs cəzası kəsilib.
Çap edildi

Türkiyədə höküməti devrirmək məqsədilə qəsd hazırlamaqda ittiham olunan 270-dən çox müttəhimin uzun çəkən məhkəmə prosesində hökm oxunmağa başlanıb.

"Ergenekon" çevrilişi hazılrlayanlardan bəzilərinə 47 il müddətinədək həbs cəzası kəsilib, 21 nəfərə isə bəraət verilib.

Məhkəmə qərarları bir-bir oxunan prosses bu məqsəd üçün qurulmuş özəl məhkəmə zalında keçirilir.

Məhkəmədə iştirak keşmiş ordu rəhbəri, zabitlər, vəkillər, alimlər və jurnalistlər iştirak edirlər.

2008-2010 illərdə Türkiyə Ordusuna komandanlıq etmiş general İlker Basbuğ ona qarşı irəli sürülmüş ittihamları rədd edib.

Generala məhkəmə tərəfindən ömürlük həbs cəzası kəsilib.

İddialara görə "Egrenekon qəsdi" iştirakçılarının məqsədi Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının (AK Parti) iqtidarına son qoymaq olub..